ABŞ: İrana təzyiqləri davam etdirəcəyik
07.12.2019
ABŞ İrana maksimal təzyiq göstərilməsi üçün kampaniyasını davam etdirəcək.
Bunu ABŞ-ın BMT-dəki Daimi Nümayəndəliyinin rəhbəri Kelli Kraft deyib. O bunun üçün ABŞ-ın çoxlu sayda təsir alətinin olduğunu söyləyib:
"İrana gəlincə isə bizim istifadə edə biləcəyimiz çoxlu sayda alətlər var. Biz onları İrana münasibətdə istifadə etməyə davam edəcəyik. Biz onların davranışında hansısa dəyişikliklər görməmişik. Onlar Yəməndəki, Suriyadakı situasiyaya müdaxilə etməyə davam edirlər. Onlar hər yerdədirlər”.