"Saxta dərman satışı ilə məşğul olmaq ən böyük CİNAYƏTDİR"
07.05.2018
"Saxtakarlıq heç kimə baş ucalığı gətirmir. Saxta dərman satışı ilə məşğul olmaq da ən böyük cinayətdir".
"Dövran Media"nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) icra katibi Əli Əhmədov bildirib.
Ə. Əhmədov deyib ki, saxtakarlığa qarşı hər kəs mübarizə aparmalıdır: "Bir neçə gün əvvəl saxta dərman satışı ilə məşğul olan qrup ifşa edildi. Belə hallara qarşı mübarizə qətiyyətlə davam etdiriləcək"