Abbas Səhhətin nəvəsi kirayədə yaşayır - VİDEO
07.12.2019
Azərbaycanın dahi şairi Abbas Səhhətin nəvəsi Qəmərxanım Mehdiyeva REAL TV-yə müsahibə verib.
94 yaşlı Q.Mehdiyeva şairin sağ qalan yeganə qızı Dostuxanımın qızıdır.
A.Səhhətin digər qızı Ruqiyyə Sultan 1918-ci ildə Şamaxıda törədilən erməni qırğınlarından sonra Gəncəyə köçən şairin ailəsinin digər üzvləri ilə birlikdə vəba xəstəliyindən cəmi 10 yaşında vəfat edib.
Q.Mehdiyeva yeganə oğlu ilə kirayədə qalır.
Bir vaxtlar evləri olsa da, gözünün ağı-qarası balasının xəstəliyi ucbatından evini satıb və illərdir bu ailə kirayə həyat sürmək məcburiyyətindədir. O, öz evinin olmasını arzulayır.