Təyyarə məcbur eniş etdi - BERLİNDƏ
07.05.2018
Almaniyanın "Lüfthansa” aviaşirkətinə məxsus, Münhendən Helsinkiyə uçuş həyata keçirən təyyarə Berlin hava limanında məcburi eniş etməli olub.
"Dövran Media"nın məlumatına görə, buna mühərriklərdən birinin sıradan çıxması səbəb olub.
Qeyd olunur ki, "Airbus 321” təyyarəsində 158 sərnişin olub. Hadisə nəticəsində xəsarət alan olmayıb.
Sərnişinlər digər təyyarə ilə yola salınıb.