Kreml Gürcüstanla əlaqəni bərpa etmək istəyir
06.12.2019
Moskva Gürcüstanla aviauçuşların yenilənməsində maraqlıdır.
Xəbər verildiyi kimi, bunu Moskvada Rusiya Xarici İşlər nazirinin müavini Andrey Rudenko ilə görüşdən sonra jurnalistlərə açıqlamasında Gürcüstanın eks-prezidenti Nino Burcanadze deyib.
"Rusiya Gürcüstanla münasibətlərin normallaşdırılması, iki ölkə arasında aviaəlaqələrin bərpasında maraqlı olduğunu açıqlayıb. Tiflisin Rusiya ilə münasibətlərin normallaşdırılmasına daha məsuliyyətli yanaşma nümayiş etdirməsi vacibdir”, - deyə o bildirib.
Burcanadze Rusiyanın Gürcüstandakı siyasi proseslərə ölkənin daxili işi kimi yanaşdığını açıqlayıb.
Qeyd edək ki, Burcanadze Moskvaya dekabrın 3-də gedib. Onun səfərinin 5 gün davam edəcəyi gözlənilir.