MSK təcili toplanır
06.12.2019
Mərkəzi Seçki Komissiyası Prezidentin növbədənkənar parlament seçkiləri ilə bağlı verdiyi sərəncamla bağlı sabah toplanacaq.
Xəbər verildiyi kimi, bu sözləri MSK-nın katibi Mikayıl Rəhimov deyib. O, MSK-nın məsələ ilə əlaqədar olaraq sabah saat 14:00-da iclas keçirəcəyini bildirib:
"Qanunvericiliyin tələblərinə uyğun hərəkət ediləcək. Sabahkı toplantıda seçkinin təqvim planı təsdiq olunacaq”.
Qeyd edək ki, Prezidenti İlham Əliyev ötən gün Milli Məclisin buraxılması və 2020-ci il fevralın 9-da növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı sərəncam imzalayıb.
Qanunvericiliyə uyğun olaraq namizədlərin irəli sürülməsi prosesindən əvvəl MSK toplantı keçirərək qərar verməli və təqvim planını təqdim etməlidir.