03 12 2024-cu il Bakı 7 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Ehud Barak: "İsrail Azərbaycandan çox şey öyrənə bilər"

07.05.2018

İsrail üçün dinamik inkişaf edən, proqressiv və açıq müsəlman ölkəsi Azərbaycanla münasibətlər xüsusi dəyər kəsb edir.
Bunu İsrailin keçmiş baş naziri və müdafiə naziri Ehud Barak deyib.
Barak bildirib: "Fikrimcə, iki ölkə minillik tarix, sülh və sabitlik axtarışına yönəldilmiş böyük ənənələrə malik müasir, gənc millətlərdir. Biz müdafiə və hər iki tərəfə xeyir gətirən təhlükəsizlik kimi sahələrdə qarşılıqlı fəaliyyəti və əməkdaşlığı inkişaf etdirdik. Bir sözlə, bir çox digər sahələrdə də tərəfimizdən vacib addımlar atılıb".
Barak qeyd edib ki, İsrail Azərbaycanla xalqın ümumilli lideri Heydər Əliyevin rəhbərliyi altında aparılan açıq dialoqa böyük dəyər verir: "Və təbii ki, biz çox hörmətli Azərbaycan Prezidenti İlham Əliyevlə işləməyə də çox şadıq".
Sabiq nazir vurğulayıb ki, ölkələr artıq bir çox sahələrdə əməkdaşlıq edir və İsrailin mütərəqqi və səmərəli fəaliyyət göstərən aqrar sistemləri tətbiq etdiyi kənd təsərüffatı sahəsi də əməkdaşlıq üçün perspektiv sahə ola bilər: "Əməkdaşlıq üçün digər sahə Azərbaycanın neft, qaz, boru xətləri kimi məsələlərdə onilliklər boyu təcrübəsi olan energetika sahəsi ola bilər. İsrail bu sahədə təcrübəsizdir və Azərbaycandan çox şeyi oyrənə bilər".
Hərbi sahədə əməkdaşlığa gəlincə, Barak deyib ki, bu gün Azərbaycan-İsrail hərbi əməkdaşlığı çox fəal inkişaf edir: "Rəsmi Bakı İsraildən dron və zirehli texnika, elektron kəşfiyyat avadanlığı, tank əleyhinə raketlər, zenit və bir çox başqa müasir silah növləri alır. Bu silahlardan bir neçəsi döyüş şəraitində uğurla istifadə olunub".