Məşhur gimnast 8 metr hündürlükdən yıxıldı - VİDEO
05.12.2019
Rusiyanın aparıcı gimnastı Yevgeniya Asonova Riqada Beynəlxalq Turnirdə çıxışı zamanı səkkiz metr hündürlükdən yıxılaraq ciddi xəsarət alıb.
Bu barədə Sport24.ru xəbər verib. Bildirilir ki, 30 yaşlı idmançı sonuncu elementi yerinə yetirərkən hava kətanlarının quraşdırıldığı qurğu qırılıb.
Xəstəxanaya yerləşdirilən idmançı dərhal əməliyyat olunub. Gimnastın onurğası sınıb, həmçinin, onurğa beyni zərər görüb.
O da vurğulanır ki, Asonovanın ciddi xəsarət alması ilə nəticələnən hadisə ilə bağlı Riqada idman müəssisəsinə qarşı cinayət işi qaldırılıb.