21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Anar: Nəsimi deyirdi ki, mən seyidəm, Həzrəti Məhəmməd tayfasındanam

05.12.2019

Nəsimi Azərbaycan ədəbiyyatında müstəsna bir sənətkardır. O, Qazi Bürhanəddin, Yunis Əmrə, "Kitabi-Dədə Qorqud”dan sonra Azərbaycan dilində ən möhtəşəm divan yaratmış bir sənətkardır.
Xəbər verildiyi kimi, bunu Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə keçirilən "Nəsimi-650: Haqqın carçısı” adlı beynəlxalq elmi-praktik konfransda çıxışı zamanı yazıçı Anar deyib. "Nəsimi amansız bir dövrdə yaşayırdı və bu zaman insanın böyüklüyünü, əvəzsizliyini təbliğ edirdi, insanın dünyanın əşrəfi olduğu fikrini irəli sürürdü. Sovet dövründə də Nəsimi unudulmadı. Ulu öndərin təşəbüsü ilə Nəsiminin 600 illiyi keçiriləndə Bakıda heykəli qoyuldu, kitabları nəşr olundu. Amma təbii ki, sovet dövründə onu daha çox ateist kimi təbliğ etmək istəyirdilər. Bu isə Nəsimin yaradıcılığı ilə o qədər də uyğun deyildi. Nəsimi deyirdi ki, mən haşimiyəm, qüreyşiyəm, seyidəm, Həzrəti Məhəmməd tayfasındanam. Ona görə də onu dinsiz elan etmək düzgün deyildi. Amma buna baxmayaraq, Nəsiminin yaradıcılığında insanın tərənnüm olunması onu dünyanın böyük humanist yazarları ilə bir sıraya çıxarır. Hörmətli Prezident İlham Əliyevin sərəcamı ilə qeyd olunan bu il təkcə "Nəsimi ili” deyil, həm də bir növ, ədəbiyyat ilidir", - Anar bildirib