Türkiyədə azərbaycanlıların qeydi-adi oğurluğu - VİDEO
05.12.2019
Türkiyənin Samsun şəhərində azərbaycanlılar mağazalardan oğurluq edib.
Xəbər verildiyi kimi, 17 mağazadan oğurluq edən beşi qadın olmaqla, yeddi şəxs polis nəzarətinə götürülüb.
Onlar L.Laləzar, L.Bayram, H.Tamella, A.Kəmalə, A.Gülər, Y.Nazim və adı açıqlanmayan biri olub.
Cinayətkarlar oğurladıqları məhsulların barkod hissəsini alüminium falqaya bükdükləri üçün, nəzarət cihazından asanlıqla keçə biliblər.
Polis onların oğurladıqları məhsulları özlərinə məxsus avtomobildə aşkar edib.
Saxlanılanlardan üçü - H.Tamella, A.Kəmalə və A.Gülər barəsində həbs qərarı çıxarılıb, digər dördü isə sərbəst buraxılıb.