Mədət Quliyev generala vəzifə verdi
05.12.2019
Müdafiə Sənayesi naziri Mədət Quliyev ehtiyatda olan generalı özünə müşavir təyin edib.
Mədət Quliyevin müvafiq əmri ilə ehtiyatda olan general-mayor Mehman Baxışov Müdafiə Sənayesi nazirinin müşaviri təyin olunub.
Xəbəri Müdafiə Sənayesi Nazirliyinin mətbuat katibi Yaşar İsakov təsdiqləyib.
Qeyd edək ki, general-mayor M.Baxışov Müdafiə Nazirliyinin Müdafiə sənayesi idarəsinin rəisi vəzifəsində çalışıb.