“Joker” ilin adamı oldu
05.12.2019
Xoakin Feniks Hollivudda heyvansevər, hər fürsətdə onların qayğısına qalan bir aktyor kimi tanınır.
Hollivudun məşhur aktyoru Xoakin Feniks Amerikanın heyvanları qoruma təşkilatı PETA tərəfindən ilin adamı seçilib.
Populyar aktyor 3 yaşında olarkən ət yeməkdən imtina etdi. O, dəfələrlə kürk üçün heyvanları öldürməyin vəhşilik olduğunu açıqlayıb. Hətta Feniks "Qladiator" filminin çəkilişləri zaman yalnız süni dəri geyinəcəyini də bildirmişdi.
Bundan əvvəl nüfuzlu heyvanları qoruma təşkilatı Roma Papası Fransisk, televiziya aparıcısı Oprah Winfrey və aktrisa Angelica Hyustonu ilin adamı seçmişdir.