21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Paşinyanın arvadı məntiqsiz “dəvəti” ilə bir daha sübüt etdi ki...

04.12.2019

Ermənistan Baş nazirinin həyat yoldaşı Anna Akopyan Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanı Azərbaycanın işğal edilmiş Qarabağ bölgəsinə "dəvət edib”.
Xəbər verildiyi kimi, bunu Akopyan "BMT Təhlükəsizlik Şurası Qadınlar, Sülh və Təhlükəsizlik” konfransında çıxışı zamanı deyib.
Özünü "ledi” kimi aparmaq istəyən Akopyan Mehriban xanım Əliyevanın "Qarabağda muğam səslənməsi” istəyini "cavablandırdığını” düşünüb:
"O, bizim qonağımız ola bilər. Ermənilər qonaqları necə qəbul edib, hörmət bəsləməyi bilir. Bizim qonaqpərvərlik qaydalarımıza görə musiqi də sifariş vermək olar. Biz muğam təmin edə, onun arzusunu yerinə yetirə bilərik. O özünün sevimli muğamına Qarabağda qulaq asa bilər”, – deyə Akopyan bildirib.
Akopyan həmçinin Mehriban Əliyevanın onun təklifini qəbul edəcəyi halda Bakını ziyarət etməyə hazır olacağını söyləyib.
Xüsusi olaraq vurğulayaq ki, əri Paşinyanın məntiqindən qətiyyən fərqlənməyən bu açıqlama ilə Akopyan Qarabağın Ermənistan tərəfindən işğal altında saxlanıldığını təsdiqləmiş olub. Çünki Ermənistan Baş nazirinin arvadı heç bir normal siyasi əxlaq və beynəlxalq hüquqla özünü "Dağlıq Qarabağ Respublikası” adlı qondarma qurumun "ev sahibəsi” kimi təqdim edə bilməzdi.
Əlbəttə, "Qarabağ Ermənistandır” deyən və işğalı təsdiqləməklə böyük bir siyasi təzyiq altına düşən, nəticədə Azərbaycan Prezidentinin beynəlxalq hüquqa əsaslanan sərt sözləri ilə qarşılaşan Paşinyanın arvadı elə bu məntiqdə də olmalı idi. Görünür, Ermənistan baş nazirinin ailəsində belə təzadlı açıqlamaların səbəbi irsi çatışmazlıq sindiromudur.
Mehriban xanım Əliyeva, əlbəttə, Azərbaycan Ordusunun antiterror əməliyyatının ardınca Qarabağa gedəcək, orada muğam da dinləyəcək, Şuşa və Xankəndi iqamətgahlarında isə öz qonaqlarını qəbul edəcək.
İnanmırıq həmin mərasimlərdə Akopyan iştirak etmək istəsin...