21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Azərbaycanda bu hotellərə gizli müştərilər göndəriləcək

04.12.2019

Gələn ilin ikinci rübündən - aprel ayından Azərbaycanda hotellərin təsnifatlaşdırılmasına başlanacaq.
Xəbər verildiyi kimi, bunu Azərbaycan Hotel Assosiasiyasının Baş icraçı direktoru Günay Sağlam Azərbaycan Hotel Assosiasiyasının II Baş Assambleyasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, təsnifatlaşdırma ilk olaraq Bakıda tətbiq ediləcək.
G.Sağlam qeyd edib ki, hotellərin təsnifatlaşdırılması yeni formada aparılacaq, bu prosesdə yeni kriteriyalar tətbiq ediləcək:
"Əslində, hotel özünə güvənirsə, bu prosedurdan keçərək ulduz almaq elə də çətin olmayacaq".
G.Sağlam əlavə edib ki, hotellər təsnifatlaşdırılarkən oraya gizli müştərilər göndəriləcək.
Hazırda bununla bağlı iş aparıldığını deyən G.Sağlam bildirib ki, gizli müştərilər 4 və 5 ulduzlu hotellərə göndəriləcək. Üç ulduzlu hotellərə isə gizli müştərilər göndərilməyəcək: "Təsnifatlaşdırmanı keçirmədən əvvəl hotellərə gizli müştərilər göndərəcəyik. Bu, ilk dəfə Azərbaycanda tətbiq ediləcək. Beynəlxalq praktikada belə məsələ, yəni ikili yoxlama yoxdur. Bunu ona görə edirik ki, hotellərə auditor göndərilən zaman onlar orada hər şeyi gözəl şəkildə təqdim edə bilərlər. Amma biz elə etməliyik ki, gözümüzdən heç nə qaçmasın və real vəziyyəti görək".
G.Sağlam 3 ulduzlu hotellərə gizli müştərilərin göndərilməməsinin səbəbini açıqlayaraq bunu belə hotellərin təklif etdiyi xidmətlərin sayının çox olmaması ilə izah edib: "Üç ulduzlu hotelləri yoxlamaq çox da çətin deyil. Gizli müştərilərin daha çox xidmət göstərən, SPA-sı, 2-3 restoranı olan, fərqli xidmətlər göstərən hotellərə göndərilməsi daha düzgün olar".
AHA-nın Baş icraçı direktoru deyib ki, hazırda "Turizm haqqında" qanunda hotellərin ulduz alması məsələsi öz əksini tapmayıb: "Buna görə də biz yalnız müraciət edən hotelləri təsnifatlaşdırmadan keçirəcəyik. Biz bununla bağlı plan hazırlayaraq hotelləri yoxlayacayıq".