21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Konstitusiya Məhkəməsi qərar verdi: Milli Məclis buraxılsın - amma..

04.12.2019

Konstitusiya Məhkəməsi Plenumunun iclası müşavirədən sonra davam etdirilib.
Xəbər verildiyi kimi, iclasda qərar elan olunub. Qərarı Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev oxuyub.
Plenum iclasının yekunu olaraq "Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında” Milli Məclisin müraciətində göstərilmiş parlamentin buraxılması məsələsinin Konstitusiyaya uyğunluğu ilə bağlı qərar qəbul olunub.
V çağırış Milli Məclisin səlahiyyətləri növbədənkənar parlament seçkiləri və yeni tərkib formalaşana qədər saxlanılacaq.
Bu barədə Konstitusiya Məhkəməsinin qərarında bildirilib.
Qeyd edək ki, qərarı Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev oxuyub.