BMT-nin qətnaməsi: İsrail buranı tərk etməlidir
04.12.2019
BMT Baş Assambleyası İsrailin Qolan yüksəkliklərinin işğalıyla bağlı qətnamə qəbul edib.
"Dövran Media" xarici KİV-lərə istinadən xəbər verir ki, qətnaməyə əsasən, İsrail 4 iyun 1967-ci il sərhədlərinə geri qayıtmalı, Qolan yüksəkliklərini tərk etməlidir.
Baş Assambleya, həmçinin, İsrailin 1981-ci ildən etibarən Qolan yüksəkliklərində öz yurisdiksiyasını tətbiq etmək cəhdlərini tanımadığını bildirib. Sənəddə bunun faktiki olaraq anneksiya olduğu vurğulanıb.
Qətnamənin lehinə 91, əleyhinə isə 9 dövlət dəstək verib. Bitərəf mövqedə 65 dövlət qalıb.