Fransa: Yeni “raket razılaşması” bizsiz olmamalıdır
04.12.2019
Yeni Yaxın və orta mənzilli raketlərin ləğvi razılaşması Avropanın iştirakıyla hazırlanmalıdır.
Bunu Fransa Prezidenti Emmanuel Makron jurnalistlərə açıqlamasında deyib.
"Müqavilənin fəaliyyətini dayandırmasından sonra biz yeni təhlükəsizlik fundamenti qurmalıyıq. Biz gərək başa düşək ki, Rusiya ilə münasibətlərin yeni təbiəti necə olacaq. Avropa öz maraqlarından çıxış edərək bu məsələ ətrafından danışıqların davam etdirilməsində maraqlıdır. Avropa ümid edir ki, yeni razılaşmada maraqları nəzərə alınacaq və onun bir hissəsinə çevriləcək”, – deyə o bildirib.