03 12 2024-cu il Bakı 8 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

QİÇS-lə bağlı mübarizə tədbiri keçirilib

04.12.2019

 "DM Media" xəbər verir ki, Dekabrın 2-də Sabunçu rayon MKS- nin 12 saylı Kitabxana  filialı, Şuşa rayon 7 nömrəli orta məktəb "Sübhan Sosial İctimai Problemlər Həllinə Yardım"  İctimai Birliyi ilə birgə  "QİÇS-lə bağlı mübarizə tədbirləri” adlı maarifləndirici seminar təşkil olunub.

Tədbirdə 12 saylı Kitabxana  filialınının əməkdaşları, Şuşa rayon 7 nömrəli orta məktəbin şagird və müəllim kollektivi, AMEA -nın Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun gənc alimlər şurasının üzvi, ”Sübhan  Sosial İctimai Problemlər Həllinə Yardım"  İctimai Birliyin sədri Gülnarə Hüseynova, Marmara Universiteti Pendik Araşdırma və Egitim xəstəxanasında ixtisaslaşmış və EGE hospitalın pediatr uzmanı Günay Usubova, B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun Kliniki laboratoriyasının əməkdaşları Vüsalə Mirzəyeva, Samira Haciyeva və Libra Kitab Nəşriyyatını redaktoru Nicat Əliyev iştirak etdilər. 
”Sübhan  Sosial İctimai Problemlər Həllinə Yardım " İctimai Birliyinin sədri Gülnarə Hüseynova çıxışında şagirdlərə sağlam həyat tərzi nədir və sağlam olmaq üçün nələrə əməl edilməsi haqqında tövsiyyələrlə  çıxış etdi.
Tədbir iştirakçıları yeniyetmələrə tövsiyyələr verərək bildirdilər ki , dekabrın 1-i dünyada QİÇS-lə (Qazanılmış İmmun Çatışmazlığı Sindromu) Mübarizə Günü kimi qeyd edilir. Dünyada HİV virusunun artım sürəti təqvimdə onunla əlaqədar beynəlxalq günün ayrılmasına səbəb olub. Bütün dünyada həmin gün QİÇS epidemiyası haqqında, onun bəşəriyyət üçün doğurduğu fəlakətin miqyası, XX əsrin vəbası hesab olunun infeksiyanın XXI əsrə adlayaraq təhlükə törətməsi barədə danışılır.
Ölkəmizdə QİÇS ilk dəfə 1987-ci ildə qeydə alınıb. Həmin vaxtdan 2019-cu il iyulun 1-dək Respublika QİÇS-lə Mübarizə Mərkəzində rəsmi olaraq 6502 İİV-infeksiyalı xəstə qeydiyyata alınıb, onlardan 4568 nəfərini kişilər, 1934-ü nəfərini qadınlar təşkil edir.

Sonda Libra Kitab Nəşriyyatından 60 nüsxə kitab şagirdlərə hədiyyə edilib.
Daha sonra isə B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun Kliniki laboratoriyasının əməkdaşları Vüsalə Mirzəyeva, Samira Haciyeva uşaqların ümumi qan analizinin göstəricilərinin təyin edilməsi üçün səyyar laboratoriya təşkil ediblər.