ABŞ Meksika sərhədinin daha 50 km-ni hörür
03.12.2019
ABŞ 2020-ci ilin 30 dekabrınadək Arizona ştatının Meksika ilə sərhədində yeni sədd inşa edəcək.
Bu məlumatı TASS agentliyi yayıb.
Agentlik yeni səddin uzunluğunun 50 km olacağını, 400 milyon dollara başa gələcəyini bildirib.
Qeyd edək ki, ABŞ-Meksika sərhədinin uzunluğu 3140 km təşkil edir. Bu günə qədər 122 km uzunluğunda səddin tikintisi başa çatıb, daha 724 km səddin inşasının isə növbəti ilin sonuna qədər yekunlaşması planlaşdırılır.