21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Baş nazir vəzifəsini tərk edir

03.12.2019

Finlandiyanın baş naziri Antti Rinne poçtalyonların tətili ilə bağlı qalmaqal səbəbindən istefa verməyə hazırdır.
Bu məlumatı Finlandiyanın dövlət teleradio şirkəti YLE yayıb.
İstefa barədə məlumatın bu gün yerli vaxtla saat 14:00-da (Bakı vaxtı ilə 16:00) açıqlanacağı bildirilir.
"Rinne saat 2 üçün planlaşdırılmış parlament müzakirələrindən öncə istefa etməyə hazırdır. Baş nazir vəzifəsinə yeni namizəd ehtimal ki, dekabrın 12-də partiya şurasının iclasında seçiləcək (hakim Sosial-Demokrat Partiyası – red.)”, - deyə məlumatda bildirilir.
Finlandiyada 27 noyabrda başa çatmış poçtalyonların tətili nəticəsində hakimiyyət böhranı yaşanıb. Hakim Sosial-Demokrat Partiyasının rəqibləri partiyanı poçtalyonların tətilinin qarşısının alınmasına cəhd göstərməməkdə ittiham ediblər.