21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Boinq-777-lər vahiməli 737-lərin əvəzinə alınır? - Açıqlama

03.12.2019

Boinq-777 geniş füzelyajlı təyyarələrin Boinq-737 MAKS-ların əvəzinə alınıb-alınmaması barədə bir söz demək hələ tezdir.
Bu sözləriAZAL prezidentinin ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Paşa Kəsəmənski Boinq-777 geniş füzelyajlı təyyarələrin alınması ilə bağlı danışarkən deyib.
P.Kəsəmənski bildirib ki, hələ danışıqlar gedir:
"Danışıqlar getdiyi ərəfədə deyə bilmərəm ki, Boinq-777-lər Boinq-737-lərin əvəzinə alınıb, ya yox. Bu barədə nə isə demək hələ tezdir. Hər şey danışıqlardan sonra məlum olacaq”.
P.Kəsəmənski bildirib ki, Boinq-777-lər Azərbaycan milli aviadaşıyıcısının donanmasında yeni model təyyarə olacaq:
"Bu günə qədər belə növ və model təyyarəmiz olmayıb”.
Xatırladaq ki, 2017-ci ilin aprelində Azərbaycanın "Silk Vey Eyrlayns" şirkəti və "Boinq” korporasiyası 10 ədəd Boinq-737 MAKS-8 təyyarəsinin alqısı üzrə saziş imzalamışdı.
2018-ci ilin oktyabr ayında İndoneziyanın "Lion Eyr" (Lion Air) şirkətinə məxsus Boinq-737 MAKS-8 tipli təyyarəsinin Yava dənizi üzərində qəzaya uğraması nəticəsində təyyarədəki 189 nəfərin hamısı həlak olmuşdu. 2019-cu ilin mart ayında da həmin model təyyarənin Efiopiya üzərində qəzaya uğraması nəticəsində 57 nəfər dünyasını dəyişmişdi. Bundan sonra bir çox hava şirkətləri adıçəkilən model təyyarələrinin istismarını dayandırdı. Bununla da sözügedən təyyarələrin alınması ilə bağlı imzalanan saziş reallaşmadı.
Hazırda isə AZAL "Boinq” korporasiyası ilə iki ədəd Boinq-777 geniş füzelyajlı təyyarənin alınması ilə bağlı razılıq əldə edib.
Sözügedən təyyarələrin bir sıra üstünlükləri var. Belə ki, Boinq-777 təyyarələri uzaqmənzilli, geniş gövdəli, cüt dəhlizli və cüt motorlu sərnişin təyyarəsidir. Dünyanın ən böyük və geniş əhatəli tubofan mühərrikinə sahibdir. Üç sinifdə 283 və 368, tək sinif konfiqurasiyada 550 sərnişini daşıya bilir. Xarici görünüş baxımından bu təyyarələr digərlərindən yuvarlaq gövdə kəsiyi, bıçaq quyruqlu konus, altı təkərli əsas eniş dişli ilə fərqlənir. Boinq-777-nin oturacaqlarını kənardan kompüterlə idarə etmək mümkündür. Tamamilə kompüter köməyi ilə dizayn edilmiş Boinq-777 ilk kommersiya təyyarəsidir.
1995-ci ildən istehsal edilən Boinq-777 təyyarəsi dünya ölkələrinin hava yollarının 70 faizində istifadə olunur.
Hazırda Boinq-777-nin 777-200, 777-200ER, 777-200LR, 777-300 və 777- 300ER olmaqla 6 modeli var.