BDU-dan halı pisləşən tələbələrlə bağlı açıqlama
03.12.2019
Bakı Dövlət Universitetinin mətbuat xidməti halı pisləşən tələbələrlə bağlı məlumat yayıb.
Xəbər verildiyi kimi, Universitetin mətbuat xidmətinin rəhbəri Pərvanə İbrahimova açıqlamasında bildirib uki, hadisə BDU-nun yataqxanasında yox, tələbələrin yaşadığı kirayə evdə baş verib:
"Universitetin yataqxanasına təcili yardım çağrılmayıb. Halı pisləşən tələbələrdən biri Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin dördüncü kurs tələbəsi Məryəm Ramazanovadır.
Digər tələbə bizim universitetdə oxumur. Onlar qohum olublar, birlikdə kirayə mənzildə qalırdılar. İlkin məlumata görə, tələbələrin mədə soyuqdəyməsi səbəbindən vəziyyətləri pisləşib. Hazırda vəziyyətləri nisbi-qənaətbəxşdir”.
Qeyd edək ki, halı pisləşən tələbələr 1999-cu il təvəllüdlü Ramazanova Məryəm Feyzulla qızı və 1999-cu il təvəllüdlü Məmmədova Aygün Xəlil qızıdır.