21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Milli Məclisin son iclasında iki qanun qəbul edildi

03.12.2019

Milli Məclisin sonuncu plenar iclası başlayıb.
Xəbər verildiyi kimi, iclasa spiker Oqtay Əsədov sədrlik edir.
"Tibbi sığorta haqqında” Qanun layihəsi üçüncü oxunuşdan müzakirəyə çıxarılıb.
Bu barədə deputatlara Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov məlumat verib.
Komitə sədri deyib ki, "Tibbi sığorta haqqında” Qanuna dəyişiklik edilməsi haqda layihə 29 noyabrda plenar iclasda müzakirə edilib.
O əlavə edib ki, üçüncü oxunuşda qanun layihəsinə iki dəyişiklik təklif edilir. Bunlardan biri 15-ci maddəyə edilir və sığorta fəaliyyəti ilə bağlıdır. Digəri 16-4 keçid müddəasına təklif olunur.
Akademik deputatları layihəyə səs verməyə çağırıb. Millət vəkilləri müzakirəsiz "Tibbi sığorta haqqında” və "İcbari sığortalar haqqında” qanunu qəbul edib.