Çəkiliş zamanı zürafə rejissoru öldürdü
06.05.2018
47 yaşlı rejissor Karlos Karvalo çəkiliş zamanı zürafənin hücumu nəticəsində vəfat edib.
"Dövran Media" xəbər verir ki, bu barədə "Metro” nəşri məlumat yayıb.
Şahidlərin sözlərinə görə, rejissor Cerald ləqəbli zürafəni iri planda çəkərkən zürafə onu başından vurub. Karvalo xəstəxanaya çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyib.
Karlos Karvalo əsasən təbiətlə bağlı filmlər çəkib. Bir sıra beynəlxalq mükafatlara layiq görülüb.