Baş nazirin təyyarəsi anqarla toqquşdu
03.12.2019
Kanadanın Baş nazirinın əsas təyyarəsi qəza törədib.
Bu barədə məlumatı Kanada hərbi hava qüvvələri məlumat yayıb.
Məlumatda bildirilir ki, qəza cari ilin 18 oktyabrında Ontario əyalətinin Trenton şəhərində hərbi aviabazada baş verib. Təyyarə anqarla toqquşub və ciddi zədələnib. Baş nazir bu təyyarədən beynəlxalq tədbirlərə getmək üçün istifadə edirdi.
Xəbərdə təyyarənin təmirinin yalnız 2020-ci ilin avqustuna qədər başa çata biləcəyi bildirilib. Qeyd olunub ki, bu, baş nazirin səfər proqramına mane olmayacaq, çünki onun sərəncamında bu tip daha 4 təyyarə var.