Rusiyanın NATO-ya "sadə mesajı": Sərhədimizə baxın
03.12.2019
NATO ölkələri Rusiya ilə mövcud vəziyyəti yenidən nəzərdən keçirməlidir.
Bunu Rusiyanın İngiltərədəki səfiri Andrey Kelin bildirib.
"Bizim mesaj çox sadədir. Mövcud vəziyyəti nəzərdən keçirək, çünki Rusiya NATO-nu təhdid etmir. Rusiya təhlükəsinin olmadığının sübutu kimi qərb sərhədlərində hərbi gücümüzü artırmadığımızı göstərmək olar", - Kelin vurğulayıb.