Millət vəkili istefa verib - Gürcüstanda
02.12.2019
Gürcüstan parlamentinin "Gürcü arzusu” partiyasından olan millət vəkili Akaki Zoidze istefa verib.
Bu barədə millət vəkili özü bildirib.
O deyib ki, qərarının səbəbi proporsional seçki sisteminə keçidin uğursuz alınmasıdır.
A. Zoidze siyasətdən gedəcəyini də açıqlayıb.
Bununla da noyabrın 14-də Gürcüstan parlamentinin proporsional seçki sisteminə keçidlə bağlı konstitusiya düzəlişini qəbul etməməsindən sonra hakim "Gürcü arzusu” partiyasını tərk edən millət vəkillərinin sayı 13-ə çatıb.
Qeyd edək ki, A. Zoidze Gürcüstan parlamentinin Səhiyyə və Sosial məsələlər komitəsinin sədri vəzifəsini icra edib.