Yeni ombudsman kollektivə təqdim edildi
02.12.2019
Azərbaycanın İnsan Hüquqları üzrə yeni Müvəkkili (Ombudsman) Səbinə Əliyeva kollektivə təqdim olunub.
Report-un məlumatəna görə, Səbinə Əliyevanı kollektivə Elmira Süleymanova təqdim edib.
S.Əliyevaya fəaliyyətində uğurlar arzulayan E.Süleymanova kollektivlə sağollaşıb.
Qeyd edək ki, Milli Məclisin noyabrın 29-da keçirilən plenar iclasında Səbinə Əliyeva Azərbaycanın yeni Ombudsmanı seçilib. Onun namizədliyinin lehinə 104 deputat səs verib.
Xatırladaq ki, S.Əliyeva bu vəzifəyə qədər Konstitusiya Məhkəməsinin Aparat rəhbərinin müavini vəzifəsində çalışıb.