Məmmədyarov Mnatsakanyanla görüşəcək
02.12.2019
Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarov və Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyan arasında keçiriləcək görüşün vaxtı və yeri açıqlanıb.
Xəbər verildiyi kimi, bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, dekabrın 4-də Bratislava şəhərində keçiriləcək ATƏT-in Nazirlər görüşü çərçicvəsində Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarov və Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyan arasında ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə görüşün keçirilməsi nəzərdə tutulur.