21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Yaşıl alçanın faydalarından xəbəriniz var?

05.05.2018

aşıl alça bizim ən sevimli meyvələrdən biridir. Həmçinin yaşıl alça çox faydalıdır.
"Dövran Media" olaraq sizə alçanın bəzi faydalı xüsusiyyətlərini təqdim edirik:
1. Yaşıl alça C vitamini ilə çox zəngindir. C vitamini güclü antioksidantdır, damarları daha möhkəm və elastik edir.  
2. Alçanın tərkibində PP (B3) vitamini var. Bu vitamin orqanizmi hüceyrə səviyyəsində müxtəlif mutasiyalardan qoruyur.
3. Alçanın tərkibində çoxlu miqdarda pektin maddəsi var. Pektin bağırsaqların fəaliyyətini yaxşılaşdırır, orqanizmdən toksinləri xaric etməyə kömək edir.
4. Kaliumla zəngin olan alça ürək üçün çox faydalıdır, arterial təzyiqi tənzimləməyə kömək edir. Lakin alçanı duzla yeyirsinizsə, bu faydalı xüsusiyyəti unudun. Kalium orqanizmdən artıq mayeni çıxardır, duzun tərkibində olan natrium isə əksinə orqanizmdə mayeni saxlayır və bu da təzyiqi qaldırır və ürəyə düşən gərginliyi artırır.
5. Alça xolesterini aşağı salır və bununla da ürək-damar sistemi xəstəliklərinin riskini azaldır.