Alyaskada zəlzələ - 6,1 bal gücündə
02.12.2019
Amerikanın Alyaska yarımadasının sahillərində 6,1 bal maqnitudalı zəlzələ qeydə alınıb.
Xəbər verildiyi kimi, bu barədə ABŞ geoloji xidməti məlumat yayıb.
Son məlumatlara əsasən, zəlzələnin dərinliyi 35 km, episentri isə 330 nəfərin yaşadığı Adak yaşayış məntəqəsindən 144 km aralıda qeydə alınıb.
Yeraltı təkanlar Bakı vaxtı ilə saat 09:01-də baş verib.
Dağıntılar və zərərçəkənlər haqqında məlumat yoxdur.