23 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Erkən qocalmanın səbəbləri

01.12.2019

Son illərdə aparılan tədqiqatlar insanların, xüsusilə də qadınların ötən illərlə müqayisədə daha tez yaşlarda qocaldığını aşkar ediblər.
Qeyri-düzgün qidalanma, hərəkətin azalması, geni dəyişdirilmiş məhsullar, atmosferin çirklənməsi yaşlanmanı tezləşdirən əsas faktorlardandır.
Elm adamları qadın bədənində ifraz edilən hormonların sağlamlıq üçün çox vacib olduğunu bildiriblər. Hormonlarımız əhval-ruhiyyəmizə təsir edir, dərimizi gözəlləşdirir, erkən qocalmadan qoruyur.
Estrogen hormonu
Bu hormon kollagen və elastinin ifrazatını artırır. Estrogen çatışmazlığı sayəsində dəridə qırışlar yaranır. Bu hormonun ifrazatını artırmaq üçün heyvani zülalları bitki zülalları ilə əvəz etmək lazımdır.
Somatotropin hormonu
Bədənimizdə somatotropin hormonu azaldıqda dəridə qırışlar yaranır, bədənin ümumi qüvvəsi zəifləyir. Fiziki fəaliyyətlə məşğul olmaq bu hormonun səviyyəsini artırır.
DHEA hormonu
Bu hormonun erkən yaşlanma ilə birbaşa əlaqəsi var. Çatışmazlığı damarların həssaslığına, dərinin elastikliyinə təsir edir. Qidaya sağlam yağlar əlavə etmək hormonun ifrazına səbəb olur.
Son olaraq qeyd edək ki, təbii proses olan qocalmanın qarşısını almaq mümkün deyil. Ancaq gündəlik həyatda bəzi nüanslara diqqət edərək bu müddəti uzada bilərik.