AB-dən ABŞ-a ZƏRBƏ
01.12.2019
Almaniya, İngiltərə və Fransanın (E3) İranla ticarət etmək üçün qurduqları İNSTEX-ə Belçika, Danimarka, Finlandiya, Hollandiya, Norveç və İsveç də qatılıb.
Bununla bağlı E3 ölkələri birgə bəyanat yayıb.
"Bu addım İNSTEX-i daha da gücləndirmək və Avropa ilə İran arasında qanuni ticarəti asanlaşdırmaq üçün etdiyimiz səyləri göstərir. Eyni zamanda, Əhatəli Birgə Fəaliyyət Planına sadiqliyimizin göstəricisidir", - bəyanatda qeyd olunub.
Qeyd edək ki, Almaniya, Fransa və İngiltərə İranla ticarəti asanlaşdırmaq və Avropa şirkətlərini ABŞ-ın sanksiyalarından qorumaq məqsədilə 2019-cu ilin yanvarında İNSTEX-i qurmuşdu. ABŞ AB nəhənglərinin bu addımını pisləmişdi.