Daha bir məmur işdən çıxarıldı
30.11.2019
Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu sədrinin müavini işdən çıxarılıb.
Report xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov sərəncam imzalayıb.
Sərəncamla Vüsal Şəmsəddin oğlu Sevdimalıyev Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu sədrinin müavini vəzifəsindən azad edilib.
Qeyd edək ki, V.Sevdimalıyev 2017-ci ildən bu vəzifədə çalışırdı.