Mələkxanım Əyyubovanın qızı nişanlanıb - FOTO
30.11.2019
Xalq artisti Mələkxanım Əyyubovanın qızı Nəzrin Nəcəfova Ruhi Əliyevanın təşkil etdiyi "Qadına şiddətə son" kampaniyasında iştirak edib. Konfransda bir çox məmur və incəsənət xadimləri iştirak ediblər.
Sözügedən məclisdə xalq artisti Mələkxanım Əyyuvovanın qızı Nəzrin də iştirak edib. O big.az-ın suallarını cavablandırıb:
"Məşhur övladı olmaq həm çətin, həm də məsuliyyətli vəzifədir. Bilirsiniz ki, mən özüm də bu sahəyə yaxınam. Yəni, rəssamlıq fəaliyyətim var. Rəssamlıq mənə atamdan keçib. Baxmayaraq ki, atam hərbçidir, ancaq gözəl rəsm əsərləri çəkmək qabiliyyəti var. Düzü, şəxsi həyatımla bağlı çox danışmaq istəmirəm. Nişanlıyam, nişanlım isə ailəvi dostumuzun oğludur. Nişanlım da incəsənətə yaxın insandır. Vəzifəsi dizaynerdir. Həm ailəmin, həm də öz istəyim ilə nişanlanmışam".