21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

23 illik prezidentə ömürlük CƏZA

30.11.2019

FİFA Braziliya Futbol Federasiyasının sabiq prezidenti Rikardo Teyşeyranı ömürlük cəzalandırıb.
Bu barədə dünya futbol qurumunun mətbuat xidməti məlumat yayıb.
72 yaşlı futbol mütəxəssisi FİFA-nın etik kodeksini pozmaqda, rüşvət almaqda ittiham olunur. Bu üzdən də ali futbol qurumu onu istər milli, istərsə də beynəxalq yarışlarda iştirakdan ömürlük məhrum edib
Teyşeyraya həmçinin 1 milyon İsveçrə frankı (909 min avro) məbləğində cərimə də kəsilib.
Qeyd edək ki, Teyşeyra Braziliya futboluna 23 il (1989-2012) rəhbərlik edib. O, BFK rəhbərliyinə 1974-cü ildən 1998-ci ilədək FİFA-ya rəhbərlik edən o zamankı qaynatası Xoan Avelanjın güclü dəstəyi ilə gəlib. Teyşeyra BFK-ya rəhbərlik etdiyi uzun illər ərzində dəfələrlə korrupsiya qalmaqallarının mərkəzində olub. Lakin o hər dəfə BFK-nın rəhbəri postunu qoruyub saxlaya bilib.