MSK: “Namizədlərin üçdə biri siyasi partiyaların namizədidir”
30.11.2019
"Bu il keçiriləcək bələdiyyə seçkilərində 13 siyasi partiya iştirak edəcək".
Bunu jurnalistlərə açıqlamasında Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib.
O bildirib ki , seçkidə iştirak etmək istəyən həmin siyasi partiyalardın namizədləri qeydiyyata alınıb: "Seçkilərə qatılan və qeydə alınan namizədlərin təxminən üçdə biri siyasi partiyaların namizədləridir. Seçkilərdə siyasi partiyaların fəallığı bizi sevindirir. Hesab edirəm ki, bu, çox yaxşı göstəricidir"