Xalq artisti Fuad Poladov dəfn olundu -FOTOLAR
05.05.2018
Azərbaycanın xalq artisti Fuad Poladov dəfn olunub.
"Dövran Media"nın xəbərinə görə, mərhum sənətkarla vida mərasimi başa çatandan sonra cənazə namazı qılınıb.
Fuad Poladov Bakıdakı "Qurd qapısı" qəbiristanlığında dəfn olunub.
Fuad Poladov 1948-ci il mayın 24-də Bakıda doğulub. Sənətə 1966-cı ildə "İstintaq davam edir" filmində çəkildiyi Səlim rolu ilə gəlib. Azərbaycan Dövlət İncəsənət Universitetinin "Dram və kino aktyorluğu” fakültəsini bitirib (1967-1972). Sənət müəllimi Tofiq Kazımovun dəvəti ilə tələbə ikən Akademik Milli Dram Teatrında hazırlanan İlyas Əfəndiyevin "Məhv olmuş gündəliklər" pyesinin tamaşasında Savalan rolunu oynayıb. Premyerası 1969-cu il noyabrın 29-da göstərilən tamaşadan sonra teatrın aktyor truppasına daxil olub.
20 mart 1987-ci ildə "Azərbaycanın xalq artisti" fəxri adını alıb.
Fuad Poladov 50-ə yaxın filmdə və tamaşada müxtəlif rolları böyük sənətkarlıqla ifa edib.