03 12 2024-cu il Bakı 8 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Bu ölkə də nüvə silahı əldə edəcək - İDDİA

30.11.2019

Yaponiya mülki nüvə stansiyalarının inkişafı adı ilə çoxlu miqdarda nüvə yanacağı əldə edib. Yaponiya bunun sayəsində ALTI minə yaxın nüvə bombası istehsal edə bilər.
Çinin "Sohu" nəşri belə iddia ilə çıxış edib.
"Nüvə gücü Çinin qapısının ağzındadır. Bu, təkcə Rusiya və ABŞ deyil, həm də həmişə kölgədə qalan Yaponiyadır", - məqalədə bildirilib.
Qəzet yazıb ki, Yaponiya özünümüdafiə qüvvələri döyüş effektivliyi baxımından dünyada 10 ölkədən biridir.
"Yaponiyanın nüvə silahı yaratmasına icazə verilməsə də, bu ölkə inkişaf etmiş nüvə elektrik stansiyaları tikdi. Elektrik enerjisi istehsal etmək üçün nüvə enerjisindən istifadə etdi. Yaponiya nüvə silahı yaratmasa da, nüvə texnologiyasından istifadə üzrə dünya lideridir", - yazıda qeyd olunub.
Nəşr bu qənaətə gəlib ki, Yaponiya hərbi əməliyyatlar başlayacağı təqdirdə asanlıqla nüvə silahı hazırlaya bilər.
1968-ci ildə imzalanan Nüvə Silahlarının Yayılmaması haqqında Müqaviləyə əsasən 1967-ci ilin yanvarın 1-dək bu cür silahları sınaqdan keçirən ölkələr nüvə gücləri kimi tanınır.
Nüvə güclərinə ABŞ, Rusiya, İngiltərə, Fransa və Çin daxildir. Bununla belə Hindistan, Pakistan, İsrail və Şimali Koreyanın da nüvə silahına sahib olması qəbul edilir.
Yaponiyada 1946-1977-ci illər arasında yeni Konstitusiyası elan olundu. Qanunla imperator faktiki olaraq siyasi gücünü itirdi və silahlı qüvvələr yaratmaqdan imtina edildi. Bunun əvəzində özünümüdafiə qüvvələri yaradıldı.