10 04 2025-cu il Bakı 6 ℃
DM RADİO
Onlİne xəbər
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024

Rusiya NATO-n sınayır - General

30.11.2019

Donbasdakı müharibə ilə Rusiya NATO-nun müttəfiqlik imkanlarını sınaqdan keçirir.
Bunu Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının keçmiş rəis müavini general-leytenant İqor Romanenko deyib.
"Britaniyanın Rusiyanın NATO üçün real təhdid olmasıyla bağlı bəyanat Rusiyaya edilən kompliment yox, faktın ifadəsidir. Putin rejimi dönəmində Rusiya ordusu yenilənib, ordunun 65%-i yenidən silahlandırılıb. Rusiya Donbasda NATO-nun müttəfiqlik imkanlarını sınaqdan keçirir. Kremlin fəxr etdiyi silahların təxminən yarısı işlək vəziyyətdədir, yerdə qalanlar sadəcə oyuncaqdır”, - deyə o bildirib.