Almaniyadan Ankaraya JEST
30.11.2019
Almaniya Türkiyəyə 3,9 milyon avro dəyərində hərbi təchizat və silah satışını təsdiqləyib.
Türkiyə Suriyanın şimalından terrorçuları təmizləmək üçün başladığı hərbi əməliyyatlardan sonra Almaniya hökuməti Türkiyəyə silah satışını dayandırdığı haqda qərar vermişdi.
Bu qərardan sonra federal hökumət Türkiyəyə 3 milyon 900 min avro dəyərində silah satışını təsdiq edib.