Ərdoğandan Makrona sərt sözlər
30.11.2019
Cənab Makron bax, Türkiyədən səslənirəm, NATO sammitində də deyəcəyəm, sən əvvəlcə öz beyin ölümünü yoxlatdır. Türkiyəni NATO-dan çıxarmaq sənin nə həddinədir?
Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Fransa Prezidenti Emmanuel Makronun "NATO-nun beyin ölümü baş verib" sözlərinə reaksiya verərkən deyib.
Türkiyə prezidenti bildirib ki, Makron çox təcrübəsizdir, terrorla mübarizədən bixəbərdir: "Ona görə "sarı jiletlilər" Fransanı işğal etdi. Bu ifadələr ancaq sənin kimi beyin ölümü yaşayanlara yaraşır.
Bizim Suriyaya girmək haqqımız terrorla mübarizədə var. Makron sənin Suriyada nə haqqın var? İstədiyiniz qədər hoppanıb düşün. Gec-tez Türkiyənin suverenlik hüququna hörmət edəcəksiniz".
Ərdoğanın bu açıqlamasından sonra Fransa Xarici İşlər Nazirliyi Türkiyənin Parisdəki səfiri İsmayıl Haqqı Musanı nazirliyə çağıracaqları açıqlayıb.