Fərəh Əliyeva Prezident Administrasiyasının Humanitar siyasət, diaspora, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri təyin edilib
29.11.2019
Prezident İlham Əliyev Fərəh Əliyevanın Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspora, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri təyin edilməsi haqqında sərəncam imzalayıb.
Dövran Media AZƏRTAC-a istinadən xəbər verir ki, sərəncamda qeyd edilir ki, Fərəh Şirməmməd qızı Əliyeva Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspora, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri təyin edilsin.