Prezidentin Aqrar siyasət məsələləri üzrə köməkçisi-şöbə müdiri postu ləğv edilib
29.11.2019
Azərbaycan Respublikası Prezidentinin Aqrar siyasət məsələləri üzrə köməkçisi-şöbə müdiri postu ləğv edilib.
Bu, Prezident İlham Əliyevin Prezident Administrasiyasının yeni strukturu barədə Sərəncamında əksini tapıb.
Qeyd edək ki, Prezidentin Aqrar siyasət məsələləri üzrə köməkçisi-şöbə müdiri Azər Əmiraslanov olub.