Milli Məclis buraxılmadı
29.11.2019
Milli Məclisin buraxılması barədə məsələ dekabrın 2-də parlamentdə müzakirəyə çıxarılacaq.
Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında spiker Oqtay Əsədov deyib.
Onun sözlərinə görə, Yeni Azərbaycan Partiyası Milli Məclisin buraxılması təşəbbüsü ilə Prezident İlham Əliyevə müraciət edib:
"Mən də bu təşəbbüsə dəstək vermişəm. Hakim çoxluğun müraciəti parlamentə də daxil olub. Bu məsələ dekabrın 2-də müzakirə ediləcək”.