21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Deputat ƏSƏBLƏŞDİ: “Ərəblər Azərbaycana kefə gəlirlər”

05.05.2018

"Sovet ittifaqı dövründə də otellərdə, başqa yerlərdə əxalqdan kənar məsələlər olurdu. Amma indi belə hallar daha da dərinləşib. Bu gün otellərdə, masaj salonlarında xoşagəlməz hallara rast gəlinir. Biz bu barədə məlumatlara tez-tez mətbuatda da rast gəlirik. Hətta orada yetkinlik yaşına çatmayan qızları istismar edirlər. Pul qazanmaq yaxşı şeydir. Amma elə şeylər var ki, xalqımızın milli adət-ənənələrinə uyğun deyil. Bəzən deyirlər ki, adət vacib deyil, hüquq vacibdir. Amma bizdə qanunun və hüququn bir mənbəyi adətimizdir”.
"Dövran Media" xəbər verir ki, bu sözləri Milli Məclsin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Tahir Kərimli deyib.
Deputat hesab edir ki, masaj salonlarının fəaliyyətini məhdudlaşdırmaq lazımdır.
"Ən azından müvafiq orqanlar buna nəzarət etməldilidir. Həmçinin otellərə də ciddi nəzarət olunmalıdır. Mən demirəm ki, ərəblər Azərbaycana gəlməsin. Gəlsinlər. Sizə  bir fakt deyim. Deməli, qonşuluğumuzdakı binada 7-8 ərəb oğlan bir kirayə ev tutub və 2 azərbaycanlı qızla qalırlar. Bu yaxınlarda qonşularla onlar arasında böyük bir narazılıq yarandı. Həmin qızlar qonşulara dedilər ki, sizin nəyinizə lazım, biz belə həyat tərzi seçirik. Bu nə deməkdir? Nə biabırçılıqdır? Sizinlə açıq danışacam. O vaxtlar bizdən Rusiyaya gedənə deyirdilər ki, kef etməyə gedir. Ancaq indi bəzi ərəb ölkələrindən Azərbaycana kef eləməyə gəlirlər.  Bizim obrazımız nədir? Yəni, biz bu qədər ləyaqətsizik? Biz bu qədər qeyrətimizi itirmişik? Belə çıxışıma görə, sosial şəbəkələrdən, hətta rəhbər şəxslər də mənə irad tuturlar. Mən bu məsələdə heç vaxt geri duran deyiləm. Biz dövlətimizin, xalqımızın namusunu çəkməliyik”.
T.Kərimli deyib ki, cəmiyyətimizdə də deputatlara inam yoxdur.
"Deyirlər ki, düz deyirsən. Amma deputat olduğuna görə, sənə inanmıram. Sənin burada hansısa hiylən var. Biz millətimizi mənfi tendensiyalardan qorumalıyıq”.