21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Türkiyə bu maddənin satışına qadağa qoydu

29.11.2019

Türkiyədə 11 nəfərin ölümünə səbəb olan sianid turşusunun satışı qadağan edilib.
Xəbər verildiyi kimi, bu ilin noyabrında iki həftə ərzində həmin kimyəvi maddədən üç ailənin üzvləri zəhərlənərək ölüblər. Təkcə bir ay ərzində sianid turşusu içərək intihar edənlərin sayı 11 nəfərdir.
Qeyd edək ki, suda həll olan, rəngsiz, maye şəklindəki sianid turşusu ölümcül zəhərlənməyə səbəb ola bilir. Bu maddədən əsasən bitkilərin gübrələnməsində, tekstil-boyaq müəssisələrində, dezinfeksiya xassəli məmulatların hazırlanmasında istifadə edilir./azərtac/