Baş nazirin gəlini də zəlzələdə həlak olub
29.11.2019
Albaniya baş nazirinin gələcək gəlini də ölkədə baş verən zəlzələ nəticəsində həlak olub.
Xəbər verildiyi kimi, bu barədə "Deyli Meyl” qəzeti yazıb.
Nəşrin məlumatına görə, baş nazirin oğlu Qreqor rama İnstaqram səhifəsində dağıntılar altında tapılanlardan birinin ona ən yaxın adam olduğunu yazıb. Qəzet də bildirib ki, Qreqorun nişanlısı Kristi Riçi atası, anası və qardaşı ilə birlikdə dağıntılar altında qalaraq ölüb.