Şahmatçımız beynəlxalq turnirdə lider oldu
29.11.2019
Serbiyada keçirilən beynəlxalq turnirdə Azərbaycan şahmatçısı liderliyə yüksəlib.
"Dövran Media" Azərtac-a istinadən xəbər verir ki, 5 turda maksimum xal toplayan təmsilçimiz Abdulla Qədimbəyli turnir cədvəlində birinci pillədə qərarlaşıb. Digər təmsilçimiz Nail Bəşirli isə 4,5 xalla ikinci pillədədir.
İsveçrə sistemi üzrə keçirilən turnir 9 turdan ibarət olacaq.