Koreyalılar eyni saat qurşağına keçdilər - Kim Çendən ilk jest
05.05.2018
Cənubi Koreya prezidenti Mun Çje İnlə Şimali Koreya lideri Kim Çen İnin 27 aprel görüşündən sonra ilk ortaq addım atılıb.
Tarixi görüşdən sonra Şimali Koreya jest olaraq Cənubi Koreya ilə eyni saat qurşağına keçmək qərarı alıb. Beləliklə, iki ölkə arasındakı yarım saatlıq fərq aradan qaldırılıb.
Xatırladaq ki, rəsmi Pxenyan 2015-ci ildə saatları 30 dəqiqə geri çəkərək öz saat qurşağını yaratmışdı.